“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq!”- FOTOLAR

Baxılıb:256
“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq!”- FOTOLAR

AzTimes.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun Balaqusar kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” və “Erkən nikah və onun fəsadları” mövzularında, mövcud karantin rejiminin tələbləri nəzərə alınmaqla tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

 

Çıxış edən RPŞ-nin əməkdaşı polis mayoru Şükran Bayramov narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yönümdə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb.

Ş.Bayramov erkən nigahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik