Müəllim adını yüksəldən Azərbaycan qadınını tanıyaq

Baxılıb:2580
Müəllim adını yüksəldən Azərbaycan qadınını tanıyaq

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. Müəllim insanlara bilik vermək, elm öyrətməklə yanaşı həyat məktəbində “əlaçı” olmaq   kimi mühüm  və çətin vəzifənin öhdəsindən  gəlir. Ömürlərini Vətəninə, millətinə layiqli gənclər yetişdirməyə həsr edən müəllimlərimiz olduğu kimi  bu pəşənin aliliyini dərk etməyib ləkə gətirən “müəllimlərimiz”  haqqında yetərincə mətbuatda məqalələr dərc olunub.

Bu gün  sizə  II Qarabağ döyüşləri başlayan gündən “Orduya Dəstək” konpanyaları başladıb ön cəbhəyə mütamadi yardım göndərən,  əsgər məktubu yazan şagirdlərdən məktubları toplayıb əsgərlərimizi o balaca mələklərin xoş diləkləri ilə sevindirən  dəyərli müəllimə Esmira Muradovadan söhbət açacağıq. Esmira müəllimə döyüşlər başladığı gündən illərdi məktəbi bitirib vətənin bütövlüyü uğurunda döyüşərək qazi olan şagirdlərini ziyarət edib, daima diqqətdə saxlayıb.     
Xatırladaq ki II Qarabağ  döyüşləri zamanı qəhramancasına şəhid olan Rəşad Mikayılzadə də 311 saylı məktəbin məzunu olub.   

İllərdir rəhbərlik etdiyi məktəbdə təhsil  alan şagirdləri  xalqına,vətəninə  layiqli bir övlad kimi yetişdirməsi üzərinə düşən məsuliyyətin öhdəsindən şərəflə  gəlməsi danılmaz faktdır. Esmira Muradova bir müəllimə olaraq cəmiyyətin memarlarındandır desəm, yəqin ki, səhv etmərəm. Bu danılmaz bir həqiqətdir ki, şagirdlərinin  layiqli vətəndaş kimi formalaşmasında əvəzsiz xidməti vardır.
Təhsil Naziri   Emin Əmrullayev  Bayraqı buynuz əvəzi başına keçirdən  Seçkilər vaxtı bulten oğurluyan  Saxtakarlıq edən Direktorlar vəzifədə olduğları zaman bu cür  şərəfli müəllimlərimizin əziyyəti boş olacaq
Çox təssüfki bu gün  müəllimlik adına ləkə gətirib Dövlət bayrağını buynuz əvəzi istifadə edikdən sonra istefa verməsinə  baxmayaraq kimlərinsə şəxsi marağlarına  görə yenidən  İctmai Nəzarət Koalisiyasının Təhsil Departamentinin sədri təyin edilməsi    və verilmiş vədlər qarşılığında  dayanmadan təhsilimizə ləkə gətirənləri müdafiə   edən  Jurnalistlərmiz bir palaz ağ yalan yazıb müdafiə edincə, gedib   peşəsini şərəflə yerinə yetirən müəllimələrmizi ictimailəşdirib mütəmadi diqqətdə saxlasalar   Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər qurumlar müəllimlərimizin əziyyətin qiymətləndirər.
Bizdə mətbuat işçisi olaraq 311 saylı məktəbin direktoru Esmira Muradovanın bu əziyyətini dəstəkləyib Esmira xanımın timsalında bütün şərəfli müəllimlərmizə təşşəkürmüzü bildirdik.

Avaz Hafizli /AzTimes.az/


Abunəlik