Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu

Baxılıb:24
Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri aprelin 11-i saat 20:10-dan 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.


Abunəlik