Mingəçevir şəhər Polis Rəisi Ali Baş Komandana, Nazirə sədaqət xalqa,millətə hörmət və ehtiram — Teymur Hacıyev
İnsan hüquq və azadlıqlarının qorunması, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir.Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan çoxsaylı təşəkkür məktubları daxil olur. DİN rəhbərliyinə ünvanlanan bu məktubların əsas mövzusunu qanunun aliliyi prinsipinin hər zaman uca tutulması, Azərbaycan Polisinin ictimaiyyət arasında böyük nüfuza malik olması təşkil edir.Bu dəfə isə sizə təqdim edəcəyimiz məktub Mingəçevir şəhər Polis şöbəsinin rəisi Polis Polkovniki Cənab Teymur Hacıyevdəndir.Teymur Hacıyev sabiq Daxili İşlər Naziri Ramil Usubovun 14 fevral 2019-cu il tarixdə imzaladığı əmirlə Zərdab rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilərək Mingəçevir şəhər Polis şöbəsinin Rəisi vəzifəsinə təyin edildi.Cənab Plokovnik təyin olunduğu gündən Mingəçevir şəhərində əhali ilə sıx əlaqədə olaraq vətəndaşları qəbul edib, problemlərini dinləyib və çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlərini vermişdir. Təyin olunduğu qısa bir müddətdə dünyanın bəlasına çevrilmiş narkomaniyanın necə bir bəla olması haqqında və “Narkomaniyaya yox deyək” mövzusunda şəhərin ümumtəhsil müəssələrində maarifləndirici tədbirlərdə iştirak edib. Bununla da şəhər polis şöbəsinin rəisi əhalinin rəğbətini qazanmışdır.Son günlərdə isə T.Hacıyev etdiyi insanlığa nümunə olacaq bir hərəkəti ilə, şəhər əhalisinin ona olan hörmətinin və rəğbətinin daha da artmasına nail oldu.Belə ki,uzun müddət xəstəlikdən əziyyət çəkən Mingəçevir şəhər sakininin (etik qaydalara görə adini qeyd etmirik) dünyasını dəyişmişdir. Çox imkansız və heç bir maddi köməyi olmayan mərhumun ailəsinə maddi yardim edən T.Hacıyevin bu hərəkəti isə onu göstərir ki, Mingəçevir şəhər polis şöbəsinin rəisi Polis polkovniki Teymur Hacıyev, ölkə başçısı cənab İlham Əliyevə və Daxili İşlər Naziri General polkovnik Vilayət Eyvazova olan sədaqəti ilə yanaşı həm də insanlara sevgi ilə yanaşıb bir mərd Azərbaycan oğlu kimi vətəninə millətinə xeyirli bir vətəndaş, həm də bir hüquq mühafizə orqanı əməkdaşı kimi xidmət edir.
Murad Rza oğlu /AzTimes.az/