Min illərdir insanları dəhşətə gətirən möcüzələr: dünyanın 5 sirri

Baxılıb:118
Min illərdir insanları dəhşətə gətirən möcüzələr: dünyanın 5 sirri

Texnologiya inkişaf etdikcə arxeoloqların işi asanlaşır. Ancaq bəzən elm və texnologiya bəzi sualları cavabsız qoya bilir.

“Greek Reporter” jurnalı qədim dünyanın hələ də çözülməyən 5 sirrini təqdim edib.

1. Meqalitik abidələr – İsveçin soyuq düzənliklərindən tutmuş İspaniyanın günəşli sahillərinə qədər bir çox yerlərdə tapılıb. Bu abidələrin son tədqiqi onların ilk dəfə eramızdan əvvəl V minilliyin ikinci yarısında Şimal-Qərbi Fransanın sakinləri tərəfindən tikildiyini göstərib. Sözügedən abidələrdən ən məşhuru İngiltərədəki “Stonehenge”dir.

2. Tufan əfsanəsi – Bu rəvayətlər Tunc dövrünə aiddir. Qədim dünyanın ən qədim və ən nüfuzlu sivilizasiyalarından biri olan şumerlər Gilqameş dastanını ortaya qoyublar. Burada təsvir olunanlar müqəddəs kitablardakı “Nuh tufanı” ilə tam üst-üstə düşür. Bu hekayənin qəhrəmanının fəzilətli bir insan olduğuna inanılır.

3. Antik çantalar – Şumerlərin mədəniyyətində, müasir Türkiyədəki qədim yunan məbədlərinin xarabalıqlarında, Yeni Zelandiyanın Maori yerlilərinin ornamentlərində və Mərkəzi Amerikadakı Olmeklərin artefaktlarında tapılıb. Bəzi müasir nəzəriyyəçilər qəribə qədim əl çantasının bir növ planşet olduğunu düşünürlər. Şərhlərə görə, çanta fiquru yerüstü varlıqların səfərlərindən əldə edilən texnoloji məhsulu təmsil edir.

4. Uzun kəllələr – Yadplanetli görünüşlü insanların qalıqları illərdir elm aləmində müzakirə olunur. Misirdə belə başlı fironların çoxlu təsvirləri var. Bu ənənənin mənşəyi haqqında heç nə məlum deyil. Uzun kəllələrin ən erkən nümunələrindən bəziləri Avstraliyanın cənub-şərqindəki Coobool Creek və Kov Svampda aşkar edilib.

5. Piramidalar və Orion – Misirdəki Xeops, Kafre və Miserin piramidalarının necə tikildiyi ilə bağlı fikirlər fərziyələrə səbəb olur. Onların Orion Bürcünə bağlı bir ulduz qapısı olması ilə bağlı əfsanələr bir çox elmi fantastika əsərinin mövzusudur. Piramidaların mövqeyi ilə Günəş və ulduzların hərəkətləri arasındakı riyazi əlaqələr hər cür yadplanetli əfsanələrə qapı açır.


Abunəlik