Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır

Baxılıb:29
Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossi İsraillə İran arasında artan hərbi gərginliyin insan itkisinə səbəb olduğunu və ciddi radiasiya sızıntısı riski yaratdığını bildirib.

Qrossi bu barədə Rusiyanın çağırışı ilə keçirilən fövqəladə iclasda danışıb.

O qeyd edib ki, regiondakı gərginlik təkcə insan həyatı üçün deyil, ətraf mühit üçün də təhlükəlidir.

“Artan hərbi gərginlik insanları və ətraf mühiti riskə atır, radiasiya sızıntısı təhlükəsini artırır və İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq diplomatik səyləri gecikdirir”, – deyə BAEA rəhbəri bildirib.

Qrossi əlavə edib ki, nüvə obyektlərinin qorunması məqsədilə bütün aidiyyəti tərəflərlə dərhal görüşməyə hazırdır.


Abunəlik