Milli Məclisin növbəti iclası başlayıb, Nazirlər Kabineti hesabat verir

Baxılıb:23
Milli Məclisin növbəti iclası başlayıb, Nazirlər Kabineti hesabat verir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Plenar iclasın gündəliyinə aşağıdakı 1 məsələ daxil edilib:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı.

Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı ən müxtəlif məsələlər öz əksini tapıb. Hesabata ötən ilki hesabatın Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələr barədə də ətraflı məlumat daxil edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artması, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılması və həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verir.


Abunəlik