Milli Məclisdən vacib qərar…

Baxılıb:128
Milli Məclisdən vacib qərar…

Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.
Qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib ki, müddətin 9 ay uzadılması heç bir nəticə verməyəcək: “Burada Prezidentə müraciət edirəm ki, bu qanun layihəsinin müddəti ən az 3 il uzadılsın. Komitədə müzakirələr olmadığı üçün bu məsələni qaldıra bilməmişəm. Amma bu, çox ciddi məsələdir. Hazırda sənədə təklif olunan 9 ay müddəti heç bir nəticə verməyəcək. Bu, insanlarımızda müəyyən anlaşılmazlıqlar yaradacaq”.
Komitəsinin sədri Tahir Mirkişili deyib ki, qanun əsas məqsədi əmanətlərin qorunması ilə bağlıdır: “Bu nə dollar, nə də əmanətlərin başqa valyutaya çevrilməsi ilə əlaqədardır. 9 ay həm də ona görədir ki, ilin sonuna qədər əhatə etsin, sonra yeni mexanizmlər qurulacaq. Əmanətlərin orta müddəti 1 ildir. Odur ki, müddətin 9 ay uzadılması keçərlidir”.
Məsələ müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.AzTimes.az /hokm.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir