Millət vəkilinin seçiciləri ilə görüşləri davam edir – FOTOLAR

Baxılıb:235
Millət vəkilinin seçiciləri ilə görüşləri davam edir – FOTOLAR

AzTimes.az xəbər verir ki, 24 iyun tarixində Şamaxı rayonu Mədəniyyət mərkəzində millət vəkili Tamam Cəfərovanın seçicilərlə növbəti görüşü keçirilib.


Vətəndaşlar onları narahat edən bir çox problemlərlə əlaqədar müraciət ediblər. Vətəndaşların müraciətləri məşğulluq, ünvanlı sosial yardımın təyin olunmasında yaranan çətinliklər, müharibə iştirakçılarının əlilliyinin müəyyən edilməsində yaranan problemlər və digər fərdi müraciətləri əhatə edib. Vətəndaşların hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər, tərəfimizdən diqqətlə dinlənildi, qanunvericilik çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırıcağımızı bildirildi. Qəbulda Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini Mehriban Eyyubova, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Həsənov Məmməd, Dağlıq Şirvan Regional Məşğulluq Mərkəzinin nümayəndəsi Şadman Rəcəbov,Şamaxı rayonu Ağsaqqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva da iştirak edib.


Abunəlik