Millət vəkili:”Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktıdır və qəbul edilməzdir!”

Baxılıb:206
Millət vəkili:”Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktıdır və qəbul edilməzdir!”

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktıdır və qəbul edilməzdir. Bütün hallarda Tehranda baş verən hadisələrə görə İran dövləti məsuliyyət daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik və konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, bu qurumları sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Lakin İran beynəlxalq hüquqla özərinə düşən öhdəliyi yerinə yetirmədi və həmişə kimi, özünə yaraşan kimi davrandı. Və nə üçünsə, bu bizi təəccübləndirmədi. Bu hadisənin baş verməsi və sonrasında İranın laqeyd münasibəti məhz, son dövrlərdə İranda aparılan anti-Azərbaycan siyasətinin nəticəsidir. Millət vəkili Tamam Cəfərova saytımıza açıqlamasında belə deyib.
Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. Adekvat olaraq, İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi. Lakin, İran tərəfi bu məsuliyyətini yerinə yetirməyib, polis isə hadisənin qarşısının alınması üçün heç bir cəhd göstərməyib. İrandakı fars-molla rejimi baş vermiş hadisənin məsuliyyətini üzərinə götürməli, məsələ ilə bağlı Azərbaycan dövlətinə açıqlama verməli, Azərbaycan tərəfinin iştirakı ilə ciddi araşdırma aparılmalı, terroçular layiqli cavablarını almalıdır. Hadisəni şiddətlə qınayır, terroru törədənləri, dəstəkləyənləri lənətləyirik.
Bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcəyini düşünənlər yanılırlar. Azərbaycan bu gün dünyada sözünü demiş güclü dövlətdir və düşmənlərin layiqli cavabını verməyə hər zaman qadirdir və hazırdır.
Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğluna Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr, yaralanlara isə şəfa diləyirik.


Abunəlik