Millət vəkili vətəndaşları qəbul etdi-FOTOLAR

Baxılıb:370
Millət vəkili vətəndaşları qəbul etdi-FOTOLAR

Aztimes.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam Cəfərovanın 22 sentyabr tarixində Şamaxı Mədəniyyət mərkəzində növbəti dəfə vətəndaş qəbulu olub. Vətəndaşlar onları narahat edən bir çox problemlərlə əlaqədar millət vəkilinə müraciət ediblər. Vətəndaşların müraciətləri məşğulluq, ünvanlı sosial yardımın təyin olunmasında yaranan çətinliklər, əlilliyin müəyyən edilməsində yaranan problemlər və digər fərdi müraciətləri əhatə edib. Seçicilərin hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər, millət vəkili Tamam Cəfərova tərəfindən diqqətlə dinlənilib, qanunvericilik çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Qəbulda Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini Mehriban Eyyubova, Dağlıq Şirvan Regional Məşğulluq mərkəzinin əməkdaşı Elvin Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Məmməd Həsənov, Şamaxı rayonu Ağsaqqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva da iştirak edib.


Abunəlik