Millət vəkili vətəndaşları qəbul etdi- fotolar

Baxılıb:302
Millət vəkili vətəndaşları qəbul etdi- fotolar

AzTimes.az xəbər verir ki, 14 aprel 2022-ci il tarixdə Milli Məclisin inzibati binasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Səsləndirilən müraciətlər əsasən işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.


Abunəlik