Millət vəkili və icra başçısı yüksək nəticə göstərən gənclərlə görüşdü – FOTOLAR

Baxılıb:260
Millət vəkili və icra başçısı yüksək nəticə göstərən gənclərlə görüşdü – FOTOLAR

AzTimes.az xəbər verir ki, Şamaxı şəhər Heydər Əliyev Parkında 02 sentyabr 2022-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Tamam Cəfərova ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirmişdir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bütün məzunları, onların valideynlərini təbrik edib. Gələcək təhsildə gənclərə uğurlar arzulayan natiq, onların müstəqil ölkəmizin milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Tamam Cəfərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi altında təhsil strategiyasının uğurla həyata keçirilməsindən və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd etmişdir ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Respublikamızda tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur.
Tədbirin sonunda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərə təşəkkürnamə və hədiyyələr təqdim edilmişdir.


Abunəlik