Millət vəkili və icra başçısı növbəti səyyar qəbul keçirdi – FOTOLAR

Baxılıb:228
Millət vəkili və icra başçısı növbəti səyyar qəbul keçirdi – FOTOLAR

AzTimes.az xəbər verir ki, millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə növbəti səyyar qəbul keçirib. Bu dəfə səyyar qəbul rayonun Talışnuru kəndində baş tutub.
Qəbulda təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinlərinin qaldırdıqları əsas məsələlər kəndin yolu, kəndin qazlaşdırılmaması, internet və telekommunikasiya xətlərinin olmaması ilə əlaqədar olmuşdur.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, bəzi problemlər isə yerindəcə öz həllini tapıb.


Millət vəkili Tamam Cəfərova səsləndirilən problemlərlə əlaqədar, qanunvericiliyin tələbələrinə uyğun olaraq, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirmişdir.


Abunəlik