Millət vəkili sığınacaqda baş verən qətl hadisəsinə münasibət bildirdi

Baxılıb:375
Millət vəkili sığınacaqda baş verən qətl hadisəsinə münasibət bildirdi

İki gündür ölkə gündəmini zəbt edən qətl hadisəsinin insanların güvənc yeri olan sığınacaqda baş verməsi ölkədə ajiotaja səbəb olub. Məsələ ilə bağlı AzTimes.az-ın sorğusunu cavablandıran millət vəkili, Hicran Hüseynova bildirib:

“Baş vermiş qətl hadisəsi hər kəsi narahat edir. Yenə də qadına qarşı zorakılıq, yenə də valideyn qayğısından məhrum olan uşaqlar. Bu məsələnin baş verməsi bir daha bəzi məsələləri aktuallaşdırır. Hazırda ölkə ərazisində az sayda olsa da bəzi qeyri-hökumət təşkilatları sığınacaq kimi fəaliyyət göstərir. Lakin, bu sığıncaqların böyük qismi təyinatı üzrə standartlara və müəyyən edilmiş qayda və normalara cavab vermir. İlk növbədə sığınacağın yeri bilinməməlidir, bina və binada yerləşdirilən zorakılıq qurbanları haqqında məlumat konfidensial olmalıdır. Bu barədə ancaq aidiyyəti orqanlar məlumatlı olmalıdırlar. Sığınacaqda və hüquq-mühafizə orqanlarında, icra hakimiyyəti yanında fəaliyyət göstərən monitorinq qruplarında zorakılığa məruz qalan və zorakılığı törədənlə bağlı keys açılmalıdır. Yalnız zorakılığa məruz qurbanı, zorakılığın həm də şahidi olan insan deyil, həm də zorakılığı törədən insanın sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirilməlidir . Müəyyən edilməlidir ki, bu insan barışmağa, birgəyaşayışa hazırdırmı? Aparılmış profilaktik işin səviyyəsi nə yerdədir? Bəzən ailənin digər üzvləri barışdırıcı missiyanı yerinə yetirirlər. Lakin bir çox halda onların bu niyyəti uğurlu nəticələnmir. Ona görə də belə problemin həllində peşəkar sosial işçilərin, psixoloqların, hüquqşünasların xidmətinə böyük ehtiyac vardır. Ona görə də burada qabaqlayıcı-preventiv tədbirlərin aparılması, münaqişəli ailə kimi qeydiyyata alınan ailələrlə mütəmadi görüşlər keçirilməli, maarifləndirmə aparılmalıdır.
Eyni zamanda ictimai qınaq olmalıdrır. Belə hallar cəmiyyətə mənəvi zərər vurur, ona görə də hər kəs belə halları pisləməli, ailə və mədəni- mənəvi dəyərlərimizi qorumaq üçün fəal olmalıyıq.”


Abunəlik