Millət vəkili seçicilərlə növbəti görüş keçirdi -FOTOLAR
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova 9 iyun 2022-ci tarixində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.
İlk olaraq Hicran xanım Hüseynova “2022-ci il Qadınlar Arası Şahmat üzrə Azərbaycan Çempionatında” II-ci yerin qalibi Hacıyeva Ləmanla görüşmüş və onu əldə etdiyi uğur münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb, gələcək həyatında,təhsilində uğurlar arzulayıb. Hacıyeva Ləman ona göstərilən diqqətə görə təşəkkürünü bildirib, bundan sonrakı fəaliyyətində də ona bəslənən ümidləri doğruldacağına söz verib.
Ləman Hacıyevaya təşəkkürnamə, hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.
Daha sonra deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.