Millət vəkili növbəti görüş keçirdi – FOTOLAR

Baxılıb:180
Millət vəkili növbəti görüş keçirdi – FOTOLAR

AzTimes.az xəbər verir ki, millət vəkili Tamam Cəfərova Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə növbəti səyyar qəbul keçirib. Qəbulda Qaleybuğurd və Sis kəndlərində baş tutub.
Qəbulda təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, bəzi problemlər isə yerindəcə öz həllini tapıb.


Abunəlik