Millət vəkili narkoekspertlə görüş keçirdi – FOTOLAR
AzTimes.az xəbər verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən seçilmiş deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova Narkomaniya üzrə ekspert, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalovla görüş keçirib.
Hicran xanım Hüseynova Narkomaniya üzrə ekspert Emil Maraqlovla görüşərək son zamanlar sürətlə yayılan “Ağ ölüm” adlanan, narkomaniya ilə bağlı açıqlama edərək, həlli yolunda görülən işlərdən danışaraq, cəmiyyəti və bu cəmiyyəti təşkil edən əsasən cavanları qorumalı olduğumuzu bildirərək Hicran xanımla birgə bu istiqamətdə layhilərin görülməsini və cavanlarla görüşlər keçirilərək bu üzrə təbliğat və maarifləndirmə aparılmasının vacib olduğunu bildirmişdir. Hicran xanım da öz növbəsində bu mövzuya toxunaraq yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan xüsusən də gənc nəsil arasında yayılan narkomaniyadan danışaraq bu məsələnin narahat edici bir problem olduğunu və dəfələrlə çıxışlarında xüsusilə qeyd etdiyini bildirmiş, hər zaman həlli yolunda addımların atıldığını bundan sonrada həll edici yollarda birgə olaraq lazımi gələn köməklikləri göstərəcəyini bildirmişdir.