Millət vəkili icra başçısı ilə birgə növbəti səyyar qəbul keçirdi – FOTOLAR

Baxılıb:173
Millət vəkili icra başçısı ilə birgə növbəti səyyar qəbul keçirdi – FOTOLAR

AzTimes.az xəbər verir ki, millət vəkili Tamam Cəfərova Şamaxı rayonunda Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovla birlikdə növbəti səyyar qəbul keçirib. Qəbul Şamaxı rayonunun Səfalı kəndində reallaşıb.

Yerlərdə vətəndaşların problemlərinin öyrənilməsi və operativ həlli məqsədilə qəbulda Şamaxı Rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov, təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak edib.


Qəbulda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxıda aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Milli Məclisin deputatı Tamam Cəfərova son illər regionlarda , xüsusən də kənd və qəsəblərimizdə sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən geniş söhbət açdı.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar veriildi, bəzi problemlər isə yerindəcə öz həllini tapdı.


Abunəlik