Millət vəkili Azərbaycanda Qadın Hüquqşünasların Birinci Forumunda iştirak etdi – FOTOLAR

Baxılıb:250
Millət vəkili Azərbaycanda Qadın Hüquqşünasların Birinci Forumunda iştirak etdi – FOTOLAR

Bu gün Azərbaycanda Qadın Hüquqşünasların Birinci Forumu keçirilib. Tədbirdə millət vəkili Hicran Hüseynova da iştirak edib. Form barədə təəssüratlarını AzTimes.az-la paylaşan millət vəkili bunları söyləyib:

“İnsan hüquq və azadlıqlarının təmin olunması üçün onların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, hüquqi-normativ bazanın yaradılması da çox vacibdir. Biz bu istiqamətdə də bir çox ölkələrdən irəlidəyik.
Hətta, Azərbaycan dövləti ən çətin şəraitdə belə, müxtəlif beynəlxalq Konvensiyalara qoşulmuş, yeni qanunlar qəbul edilmişdir. Lakin bununla yanaşı bəzi problemlər var. Bəzən aztəminatlı və həssas qrupdan olan ailələr, xüsusi ilə qadınlar üçün bir sıra çətinliklər yaranır. Belə ki, onların bu sahədə heç bir bilik və bacarıqları olmadığından öz hüquqlarını qoruya bilmirlər. Digər bir problem ondan ibarətdir ki, yaxın qohumlar çox vaxt həmin şəxsə dəstək göstərmirlər. Vəkillik xidməti pullu olduğu üçün isə şəxs onlara müraciət edə bilmir.
Təcrübə göstərir ki, bir çox hallarda hakimlər qadın və uşaqların maraqlarının əksinə qərar çıxarmaq məcburiyyətində qalırlar. Alimentin ödənilməsi, atalığın müəyyən edilməsi, nikaha xitam verilməsi, mənzilə yaşayış hüququnun əldə olunması, məişət zorakılığı, əmək hüququnun pozulması və digər məsələlərlə bağlı nümunələr göstərməl olar.

Beynəlxalq təcrübədə ehtiyacı olanlar üçün hüquqi yardımın təşkili və bu sahədə problemlərin həlli xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda Qadın Hüquqşünasların ilk Forumunun keçirilməsi mühüm hadisədir. Qadın vəkillərinin, hüquqşünaslarının bir təşkilatda birləşməsi, qadın hərəkatının və qadın və uşaqların hüquqlarının müdafiəsi inkişafına müsbət təsir göstərəcəkdir.

Eyni zamanda, düşünürəm ki, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi sahəsində sıx əməkdaşlıq edəcəyik.

Bir daha təbrik edir və Forumun işinə uğurlar arzulayıram.”


Abunəlik