MİDA-dan güzəştli mənzil almaq üçün kömək təklif edənlərə XƏBƏRDARLIQ

Baxılıb:112
MİDA-dan güzəştli mənzil almaq üçün kömək təklif edənlərə XƏBƏRDARLIQ

Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillərin alınması üçün sosial şəbəkələrdə kömək təklif edən, bu barədə elan verən şəxslər barədə açıqlama verib. 

Bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, MİDA belə halları aşkar edəndə, hüquq-mühafizə orqanlarına müraciət edir. 

“Vətəndaşlara da müraciət edirik ki, bu cür elanlar gördükdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər”, – deyə o əlavə edib.

Oxu.Az


Abunəlik