Antalyada qış təlim-məşq toplanışında olan “Qarabağ” sonuncu məşqinə çıxıb.
“Aztimes.az” xəbər verir ki, komandanın son hazırlığı dünən axşam saatlarında meydançada keçirilib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.