Meymunçiçəyi virusuna qarşı ilk peyvəndi ÜST təsdiqlədi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusuna qarşı ilkin kvalifikasiya edilmiş peyvəndin “MVA-BN” olduğunu təsdiqləyib.
Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus “X”də məlumat verib.
Məlumata görə, “Bavarian Nordic” tərəfindən istehsal edilən peyvənd ÜST-nin meymunçiçəyi virusuna qarşı qabaqcadan seçilmiş peyvənd siyahısına əlavə edilib.
Peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər.