Metroda ölən sərnişinin 68 yaşı var imiş – TƏBİB-dən AÇIQLAMA

Baxılıb:126
Metroda ölən sərnişinin 68 yaşı var imiş – TƏBİB-dən AÇIQLAMA

Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun “28 May” stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.


Abunəlik