Metro uçdu

Baxılıb:141
Metro uçdu

Türkiyənin İzmir şəhərində tikilməkdə olan metro stansiyası uçub.

AzTimes.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı iki işçi dağıntılar altında qalıb. Onların xilas edilməsi istiqamətində əməliyyata başlanılıb.

Gecə saatlarında baş verən qəzadan səhər işçilər xəbər tutub. Bildirilir ki, ərazidə yağıntılı hava şəraitinin təsiri ilə deponun altından keçən su boru xətti partlayıb. Lakin dəqiq səbəblər araşdırılır.

Çökmənin genişlənməsi ehtimal edilir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir