Mehdiyevə yaxın iş adamı Elçin Carçıyev baş redaktorları məhkəmə ilə hədələdi?

Baxılıb:1068
Mehdiyevə yaxın iş adamı Elçin Carçıyev baş redaktorları məhkəmə ilə hədələdi?

Aztimes.az Ziyalılar.az-a istinadla bildirir ki, Prezident İlham Əliyevin jurnalistləri özünə ən yaxın köməkçi olaraq qiymətləndirməsi, xüsusilə problemlərin, çatışmayan cəhətlərin qısa müddətdə aradan qaldırılması üçün ictimai nəzarətin gücləndirilməsinin vacibliyi barədə irəli sürdüyü fikirlər son dövrlərdə müsbət nəticələrini verməkdədir.

İstər sosial məsələlərin sürətli həlli, istərsə də digər amillər yönündə atılan addımlar, həmçinin ölkədə aparılan uğurlu islahatların xalqa, dövlətə verdiyi töhfələr sırasındadır.

Bu əsnada daha bir amili xatırlada bilərik ki, ölkədə kiçik, orta və böyük sahibkarlığın inkişafı istiqamətində kifayət qədər geniş mühit, nəhəng imkanlar yaradılıb. Bizneslə məşğul olan vətəndaşlar müxtəlif sahələri əhatə edən istehsal müəssisələri açaraq, Azərbaycanın bazar iqtisadiyyatının münbit şəkildə formalaşmasında, inkişafında rol oynayırlar.

Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının mühafizəsi, sosial və s. problemlərinin qorunması istiqamətində yürütdüyü qətiyyətli siyasəti zamanı bəzi şirkətlərinin zay məhsullar istehsal edərək, onları vətəndaşlara sırıması həqiqətən də hiddət doğurmaqdadır!

Təəssüf ki, dövlət başçısının yaratdığı münbit şəraitdən sui-istifadə edən bəzi şirkətlər də tapılır ki, həmin şirkətlər buraxdığı, satışa çıxardığı məhsulların keyfiyyətləri ilə deyil, onların bazarlarda daha çox satışında maraqlıdırlar.

Daha dəqiq desək, fürsətçillik məqsədi ilə iş görən şirkətlər də var ki, bu şirkətləri vətəndaşların sağlamlıqları, təhlükəsizliyi ümumiyyətlə maraqlandırmır. Xüsusən də dünyanı bürüyən koronavirus pandemiyası ərəfəsində vətəndaşlara qarşı anti humanist davranan şirkətlərin bəzi addımları vətəndaşlarda haqlı etiraza səbəb olub. Ancaq dövlətimizin başçısı dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bu gün Azərbaycan dövləti üçün əsas amil insan faktorudur!

Maraqlısı isə budur ki, yazının əvvəlində də qeyd etdiyimiz kimi, real faktları ortaya çıxaran jurnalistlər, media qurumları nədənsə fürsətçil şirkətlərin hədəfinə tuş gəlir, təzyiq və təhdidlərlə üzləşirlər.

Analoq.az saytının təsisçisi və baş redaktoru Savalan Talıblı saytımıza açıqlamasında bildirib ki, “dünən gecə mənə məlumat verdilər ki,iş adamı Elçin Çarçıyev Analoq.az və digər bir neçə saytı məhkəməyə verib. Bu normaldır.Elçin müəllimin bu şəxsi işidir. Amma Elçin müəllim məhz bizim saytı hansı əsasla məhkəməyə verir, bizə çox maraqlıdır.

Əgər bir neçə dəqiqəlik vaxtımızı ayırıb google -də Elçin Carçıyev yazıb axtarış versək görərik ki,Elçin Carçıyevlə bağlı mətbuatda kifayət qədər məqalələr dərc olunub.Görəsən Elçin müəllim bütün yazılanlar barədə məhkəmə səviyyəsində ölçü götürübmü? Bu sualın cavabını hər halda özü daha yaxşı bilir.

Qeyd edim ki,Analoq.az saytı arx.az saytına istinadən dərc etdiyi “Ramiz Mehdiyevə yaxın kadr sayılan spirt maqnatı -ELÇİN CARÇIYEV” adlı məqalədə KİV qaydalarına, jurnalistika kodeksinə və prinsiplərinə riayət edib, istinadla dərc etmişik.Bu bizim müqəddəs sözə olan borcumuzdur.Əgər bunlara əməl etməsəydik boynumuz qanun qarşısında qıldan incə olardı.

Analoq.az saytında istinadla dərc olunan məqalədən sonra jurnalist Şəfayət Avılbəyli mənə zəng edib məndən yazının silinməsini xahiş edib. Mən Şəfayət müəllimin xahişini nəzərə alıb yazını silmək qərarına gəldim.Lakin Şəfayət müəllimin zəngindən az sonra Səbinə Yusif adlı xanım zəng edib özünü şirkətin təmsilçisi kimi təqdim edib yazını niyə vermisiniz,silin ,çox həyacanlı şəkildə Elçin Carçıyevin Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur, olmayıb ,olmayacaq da söylədi.”

Baş redaktor daha sonra əlavə edib ki, Səbinə xanıma bildirdim ki,bizim saytda gedən yazının ilkin mənbəsi qeyd olunub.Yazını diqqətlə oxusanız görəcəksiniz.Bu məqaləyə görə biz məsuliyyət daşımırıq.Belə ürəyiniz istəyirsə təkzib yollayın dərc edək.

Analoq. az saytının baş redaktoru qeyd etdiyinə görə Səbinə xanım ikinci dəfə zəng edəndən sonra baş redaktora bildirib ki, gəlin anlaşaq.Amma bu anlaşmağı qəbul etməyən baş redaktor xanımın bütün təkliflərini rədd edib.

Şəfayət Avılbəyli də baş redakror Savalan Talıblıya bildirib ki, ola bilsin ki , xanımın zəngindən Elçin müəllimin xəbəri yoxdur. Xanım özbaşına sizə yığıb.Savalan Talıblı Şəfayət Avılbəyliyə bildirib ki, xanım heç bir formada onunla doğru-düzgün danışmayıb və bizi bu məqaləyə görə borclu çıxardıb.Biz xanıma təkzib təklif eləsək də o razılaşmayıb.

Baş redaktor Səbinə Yusifdən sonra ona bir neçə nəfərin zəng edib bu yazının silinməsiylə bağlı pul təklif etdiyini də vurğulayıb. Lakin baş redaktor həmən zəng edənlərə bildirib ki,yazı istinad yazısıdır,təkzib göndərin verək.Zəng edənlər ancaq pul təklif etdiklərinə görə bu dəfə baş redakorla dialoqları alınmayıb.

Azərbaycan Real Xəbərləri (arx.az) saytının baş redaktoru Bəxşeyiş Qarabağlının da Savalan Talıblı ilə dedikləri oxşardır.

Belə ki, adlarını qeyd etdiyimiz saytlar verdikləri yazıda ilkin mənbəni göstərməklə Carçı Oğulları MMC spirt istehsal edən şirkətin istehsal etdiyi spirtin keyfiyyəti, onun qablaşdırılması, məhsulun qabı və qiyməti barədə mətbuatda getmiş yazılara istinadən və şirkətin rəhbəri Elçin Carçıyev haqqında yayılmış tənqidi materialları dərc etdiyinə görə Carçıyev Elçin həmin saytları məhkəməyə verməklə hədələyib.

Bəxşeyiş Qarabağlının bildirdiyinə görə Elçin Carçıyevin keçmiş nazir Ziya Məmmədov və Ramiz Mehdiyevin yaxını olması, istehsalat məsələsində əsasən Rusiya şirkətlərinə üstünlük verməsi, onun Qazax rayonunda stadionu sökərək yerində bina tikməsi və sair kimi məlumatları istinadən dərc edildiyinə görə həmin şirkətin adından sayt rəhbərlərinə çoxsaylı zənglər, təzyiqlər, hədələr olub.

Baş redaktor Baxşeyiş Qarabağlı bildirib ki,ona naməlum nömrədən zəng edən bir şəxs bu yazını silməsəniz sizə nə edəcəyimizi bilirik, deyib onu hədələyib.Elçin müəllim bizə aylıq pul verir və bizim də borcumuzdur ki,onun barəsində yazılanları sildirək.

Savalan Talıblı daha sonra bildirib ki, bu nə dərəcədə doğru addımdır? Hansı qanun pozuntusuna yol vermişəm ki, belə bir təhdidlərə də məruz qalıram?

Bu gün hər kəs yaxşı bilir ki, jurnalistlərin sosial vəziyyətləri elə də yüksək deyil və orta təbəqəli insan resurslarına aiddirlər. Lakin ən əsası, belə bir addımın atılmasını jurnalistikaya təhdid kimi də qiymətləndirirəm.

İş adamı Elçin Carçıyev bu gün məni məhkəməylə hədələyir.Mən şəxsən məhkəməyə verilməyimdən yox dolayı yolla başıma gələcək hər hansı bir hadisədən qorxuram.O ,imkanlı bir adamdır,məni küçədə ,kiməsə döydürə bilər,üstümə avtomobil sürdürə bilər.Mən bunlardan çox ciddi narahatam.

Mən bu peşənin sahibi olaraq dövlətimiz, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Yazıçılar Birliyinin xətti ilə gənc yazıçı kimi prezident təqaüdənə layiq görülmüşəm. Dövlətimə və dövlət başçımıza daim sədaqətimlə seçilmişəm və ömrümün sonuna qədər də öz əqidəmdən geri dönməyəcəyəm. Çünki bu gün Azərbaycanda mediaya yaradılan nəhəng imkanlar fəaliyyətimizə stimul verməkdədir.

O cümlədən, ölkəmizdə, dünyada baş verən hadisələrin işıqlandırılması bizim vəzifə borcumuzdur. Xüsusilə də, çatışmayan cəhətlərin, problemlərin ictimaiyyətin diqqətinə çatdırmaqla biz jurnalistlər dövlət siyasətinə dəstəyimizi göstərməkdəyik. Belə də olacaq. Ona görə də, bu kimi arzuolunmaz hallarla qarşılaşarkən, təəssüf və təəccüb keçirirəm ki, dövlətimizin yaratdığı imkanlardan sui-istifadə edənlər bir az da irəli gedərək, nə qədər haqsız, ədalətsiz və qanunlardan xəbərsiz olduqlarının fərqinə vara bilmirlər.

*****

Analoq.az saytının baş redaktoru Savalan Talıblı saytımıza açıqlamasında bildirib ki,bu gün səhər saatlarında saytımıza xaker hücumu olub.Bunu kimin edəcəyini dəqiq bilməsək də ,amma iş adamı Elçin Carçıyevin haqqında olan məqalədən sonra bütün bunlar baş verib.Məntiqlə deyə bilərəm ki,bizim heç kimlə heç bir problemimiz yoxdur və kiminsə bizə qarşı belə qərəzi ola bilməz.Hər kim edibsə çox sağ olsun.İlahi ədalət olanlara qiymət verəcək.


Abunəlik