Mehdi Səlimzadə kimdir
Azərbaycanda yerli idarəçiliyin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar uğurla davam etdirildiyi bir vaxtda uzun illər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsində çalışmış Mehdi Səlimzadə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Regionlarda olan problemlər Goýçayda da mövcud idi. M.Səlimzadənin icra başçısı təyinatı ilə rayonda güclü kadr dəyişikliyi aparıldi. Səlimzadə eynilə Ali Baş Komandanın dəsti-xəttini ozünə şüar seçərək əsas postlara gənclərin təyinatına şərait yaratdı. Onun vəzifədə olduğu müddət ərzində Göyçayda xeyli abadlıq işləri görüldü. Vətəndaşlarla mütəmadi görüşlər keçirərək onların problemləri ilə yaxından tanış olan icra başçısı onun kurasiyasına aid problemləri yerində həll edir. Düzdür , bəzi xəbər portallarında adəti üzrə neqativ xəbərlər də yayılır. Bu isə hər sahədə olduğu kimi qaçılmazdır. Tənqid varsa, demək iş gedir. Belə xoşagəlməzliklərin yaranma səbəbi isə özünü icra başçısına dost göstərib onu nüfuzdan salmağa çalışan bəzi qüvvələrdir ki, onlar da mərhələ-mərhələ ifşa olunur.
Bu gün Göyçay rayonu həqiqətən də Azərbaycanın ən təmiz və səliqəli rayonları sırasındadir. Burada gənclərin və yaşlıların asudə vaxtlarını keçirməsi üçün yetərincə şərait yaradılıb. Mütəmadi olaraq rayon səviyyəsində yarışlar və tədbirlər təşkil olunur.
Burada fəaliyyət göstərən İdman kompleksi, Gənclər Mərkəzi hər daim vətəndaşların ixtiyarındadır. Hər il təşkil olunan “Nar festivalı” zamanı isə rayona Azərbaycanın muxtəlif yerlərindən və xaricdən turistlərin axını müşahidə olunur. Bu rayonun daha tanınmasına və şohrət qazanmasına dəlalət edir. İstər tariximizin Qan yaddaşı, istərsə də dövlət bayramları və digər mühüm günlər yüksək səviyyədə təşkil və qeyd olunur.
Rayonun kəndlərinin əsas probleminə çevrilmiş yol və su problemi hissə-hissə aradan qaldırılmağa çalışılır.
Ümidvarıq ki, Mehdi Səlimzadə əhali ilə daha sıx təmasda olaraq onları narahat edən problemlərlə şəxsən tanış olacaq, rayon tarixində adı qızıl hərflərlə yazılan icra başçıları siyahısında yer alacaq.
Aztimes.az