Mavi gözlü media “makleri…”-Samir Feyruzov yazır

Baxılıb:635
Mavi gözlü media “makleri…”-Samir Feyruzov yazır

Yəqin ki, jurnalistlərin əksəriyyəti bunu bilmir. Xatırladım:

2017-ci ilin iyun ayında Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu məhz Elşad Eyvazlının əli ilə həbs edilmişdi. Adam deputat Elmira Axundova ilə əlbir olaraq öz dostuna torba tikmişdi.

E.Axundovanın oğlu ilə çay içməyi dostu ilə kəsdiyi çörəkdən üstün tutan Eyvazov Elşad Səməndər oğlu həmişə Nemsov dəccallığı, Qrımkov “suka”lığı, Yazov hiyləgəyliyi ilə pul qazanaraq yaşayıb.

Həyatda elə insanlar var ki, onların bütün taleyi üzündə yazılıb. Hazırda sınıq traktorlar kimi tarlanın ortasında qalan Siyavuş Novruzovun “ölüsü” də belələrindən urvatlı görünür.

Əslən Kəlbəcərdən olması və Cavid Qurbanovun mediadakı əvəzsiz “yengəsi” hesab olunan mavi gözlü “makler”in Parlament Jurnalistləri Birliyinin fəaliyyəti də çox maraqlıdır. Əslində belə bir qurum yoxdur, təşkilatın əsl adı isə Tərəfsiz Jurnalistlər Birliyidir.

Tərəfsiz ha! 2013-cü ildə Jurnalistlər binasndan ev alıb, birini Cavid Qurbanov hədiyyə edib. Əli Azərbaycan hökumətinin deputatlarının cibindədir, təşkilatına qrantlar alır. Amma adı olub “tərəfsiz…”. Əslində bu təşkilatın da əsas işi pullu deputatları mediada “qorumaqdır…”. Necə? Birini dünən gördünüz. Adam illərdir pul aldığı C.Feyziyevin söyüşlərini dərc etdi. Öz həmkarları haqqında…

Baxışlarından ən yoluq kənd toyuqlarının taleyini yaşamış bir adam təsiri bağışlayırmı? Bağışlayır. Amma adamın əyninə kostyum geyindirib boynuna qalstuk taxıb abıra mindiriblər.

“Quran”da da yazıldığı kimi – “seyrək diş, göy göz” adamların mərkli planlarından qorusun.

P.S. Bəziləri deyir ki, yazı sayta səhvən qoyulub, sonra da silinib. Amma baxın, Cavanşir Feyziyevin 1 saat öncə paylaşdığı eyni məzmunlu statusunu Elşad bu dəfə də bəyənib, ona yenə dəstək verib. O boyda yazı sayt rəhbərinin icazə olmadan dərc oluna bilməzdi. C.Feyziyevin növbəti statusuna dəstək verməklə, Elşad bir daha sübut etdi ki, yazını ozü qoyubmuş. Ahıl yaşında diplom alan, elementar biliyə, istedada sahib olmayan mavi gözlü “makler” haqqında hamı susandan sonra yazacam. Səs-küyün yatmasını gözləyək. Belələrinin ucbatından ölkənin ləyaqətli, istedadlı jurnalistləri kölgədə məhv olub gedib.

AzTimes.az


Abunəlik