Mask süni intellektin insanları nə vaxt üstələyəcəyi barədə danışdı
İlon Mask hesab edir ki, süni intellektin 2025-ci ilin sonuna qədər insanların imkanlarını üstələməsi ehtimalı getdikcə artır.
O, bu barədə “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“2025-ci ilin sonuna qədər süni intellektin istənilən insanın intellektini, 2027/2028-ci ilə qədər isə bütün insanların intellektini üstələməsi ehtimalı getdikcə artır”, – Mask qeyd edib.