Mask dünyanın ilk trilyonçusu ola bilər – Ona nə qədər vaxt lazımdır?
“Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ilk trilyonçusu ola bilər.
Bu barədə “İnforma Connect Academy” analitik qrupunun hesabatında bildirilir.
“The Guardian” yazır ki, İlon Mask 3 il ərzində dünyanın ilk trilyonçusu olmağa yaxındır. Onun sərvəti hər il 110 faiz artır. Mask 251 milyard dollar sərvətlə hazırda dünyanın ən varlı adamıdır.
Trilyonçu ola biləcək ikinci şəxs isə “Adani Qrup”un təsisçisi, hindistanlı iş adamı Qautama Adanimimdir. Ancaq o, Maskdan 1 il sonra, 2028-ci ildə trilyonçu ola bilər.