Masallılı iş adamı Ülfət Həmidov şəhid ailəsindən istifadə edir -FAKT

Baxılıb:368
Masallılı iş adamı Ülfət Həmidov şəhid ailəsindən istifadə edir -FAKT

AzTimes.az saytına Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının 12-ci kvartalının 6-cı bölməsində qanunsuz olaraq avtoyuma məntəqəsi tikmək üçün 88 kv torpaq səthinə qum tökərək metlax düzülməsi ilə bağlı məlumat daxil olmuşdur. Məsələ ilə bağlı ərazidə çəkiliş aparıldı. Məlum oldu ki, məlumat həqiqəti əks etdirir. Bu zaman əraziyə yaxınlaşan Şahmar Qarayev şəhid Elşən Qarayevin qardaşı olduğunu, məntəqənin ona məxsus olduğunu bildirdi. Ərazini ona kim tərəfindən verildiyini soruşduqda isə o sualları cavablandıra bilmədi. Amma verilən məlumatda deyilirdi ki, meşə idarəsinə yeni təyin olunan Əlzamin Talıbov həmin ərazini vətəndaşa 3000 AZNə satıb. Bu iddiaya açıqlama almaq istəsək də möhtərəm müdir nə zəngimizə cavab verdi, nə də bizi qəbul etdi.

Sorğudan yayınmaq razılıq əlaməti ola bilərmi?Masallı rayon icra hakimiyyəti isə dərhal AzTimes.az-a məsələ ilə bağlı belə bir açıqlama verdi” Bildiririk ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin 18 saylı meşə dolayının 12-ci kvartalının 6-cı bölməsində qanunsuz olaraq avtoyuma məntəqəsi tikmək üçün 88 kv torpaq səthinə qum tökərək metlax düzülməsinə görə vətəndaş Həmidov Ülfət Nöfəl oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 244.2 maddəsini pozmuşdur. Buna görə inzibati qaydada həmin vətəndaş 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Vətəndaş tərəfindən cərimə ödənilmiş, tikilinin sökülməsi barədə ona yazılı bildiriş təqdim edilmişdir.”Rəsmi qurumun açıqlamasından da göründüyü kimi sayta açıqlamasında həmin tikinti ilə heç bir əlaqəsi olmadığını , yerin yaxın dostuna məxsus olduğunu bildirən Ülfət Həmidov həm ekologiyaya ziyan verir, həm də öz ambisiyaları uğruna müqəddəs şəhid adından istifadə edərək şəhid ailəsini öz əməlinə alət edir. Bizlər cəmiyyət olaraq belə insanlarla mübarizə aparmalı, müqəddəs şəhidlərimizdən bizə əmanət olan ailələrin belə məsələlərdə adlarının hallanmasını imkan verməməliyik.


Abunəlik