Masallıda narkotik istifadəçiləri ilə bağlı araşdırmaya DİN-dən cavab gecikmədi
DİN Mətbuat Xidmətinin Lənkəran şəhərində regional qrupun baş inspektoru Məhəmməd Rzayev:
“Aztimes.az saytında verilmiş “Masallıda narkotik istifadəçiləri at oynadır” başlıqlı yazı ilə əlaqədar bildirirəm ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Sözügedən ərazi də mütəmadi olaraq nəzarətdə saxlanılır. Bununla əlaqədar bildirirəm ki, yazıda qeyd olunan həmin ünvana baxış keçirilərkən narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb və hazırda həmin faktlarla bağlı araşdırma aparılır. Bu kimi hallara qarşı mübarizə tədbirləri davam etdirilir.”