Masallıda məktəb direktoru müəllimi yumruqla vurdu

Baxılıb:1270
Masallıda məktəb direktoru müəllimi yumruqla vurdu

Masallı rayonunda qadın məktəb direktoru kişi müəllimi təhqir edərək, yumuruqla vurub.
Hadisə rayonun Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində baş verib.
AzTimes.az-a daxil olan məlumata görə məktəbin direktoru Mənijə Yəhyayeva məktəbin coğrafiya müəllimi İlkin Möhsümovu nalayiq ifadələrlə təhqir edərək onu vurub.
İlkin Möhsümov baş verən hadisə ilə bağlı öncə DİN-in “102” xidmətinə məlumat verib, sonra Masallı RPŞ-ə ərizə ilə müraciət edib.
İlkin Möhsümovun sözlərinə görə, direktor əvvəllər də şagird və müəllimlərin yanında onu təhqir edərək, üzünə tüpürüb.
“O təkcə mənə qarşı deyil, bütün müəllimlərə, şagirdlərə, eləcə də valideynlərə qarşı kobudluğu ilə ad çıxarıb. Heç nə üstündə coşur, qadına, müəlliməyə yaraşmayan ifadələr işlədir.”
Əldə etdiyimiz məlumata əsasən Mənijə Yəhyayeva Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirovun dayısının həyat yoldaşıdır. Onu himayə edən də Sabiq Cahangirovla digər qohumu Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovdur.
Etibarlı mənbənin verdiyi digər məlumata görə Mənijə Yəhyayevanın atası Adil Yəhyayev uzun müdət BDU-da müəllim işləyib, hazırda təqaüdə çıxaraq Ərkivan qəsəbəsində yaşayır. Vahabiliyi qəbul edən Adil Yəhyayev, qızı Mənijə Yəhyayevə və digər ailə üzvləri cəmiyyət arasında, məktəbdə bu təriqəti aşkar şəkildə yaymaqla məşğuldurlar.

Yenilənib- DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev məsələ ilə bağlı bildirib ki,müvafiq ekspertiza təyin edilib. Məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Eyni zamanda bildirmək istərdim ki, İlkin Möhsümov dekabrın 20-də polis şöbəsinə ərizə ilə müraciət edərək heç bir şikayət və tələbinin olmadığını bildirib, araşdırmanın dayandırılmasını xahiş edib.

AzTimes.az


Abunəlik