Masallıda DƏHŞƏT! Qadın həyat yoldaşı tərəfindən BIÇAQLANDI
Masallıda 30 yaşlı qadına əri 20-yə yaxın bıçaq zərbəsi vurub.
AzTimes.az xəbər verir ki, Xıl kənd sakini 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb.
Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.