Masallı rayon Təzəkənd Tam orta məktəb zibillik içində : Direktor xadimə maaşlarını kimlə bölür?- İDDİA
AzTimes.az xəbər verir ki, ötən gün Masallı rayon Təzəkənd tam orta məktəbdə valideyn tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılan görüntülər şok yaradıb. Valideyn koridor və sinif otaqlarında zibil qablarının daşıb töküldüyü haqda geniş məlumat verərək çəkiliş edib. Görüntülərdən də məlum olur ki, siniflər günlərlə yığışdırılmır .
İddialara görə məktəb rəhbərliyi xadimləri formal olaraq işdə saxlayır. Belə ki, xadimlərin əmək kitabçaları yazılır, adları işdə gedir, amma maaş kartları direktorda olur. Buna etiraz olaraq xadimlər təmizlik etmirlər.
Bütün dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda gələcəyimiz olan məktəblilərin belə şəraitdə nəfəs alması dəhşətdir. Sakinlər bildirir ki, Gəyəçöl və 1sayli rayon məktəbində də durum belədir.
Məsələ ilə bağlı Təhsil şöbəsinin müdiri Tariyel Əkbərovla dəfələrlə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab vermədi.
Qarşı tərəf kimi onun mövqeyini dərc etməyə hazırıq.