Makron Rusiyanı təhlükə olaraq görür: bəs yeni səfiri Moskvaya niyə göndərir?

Baxılıb:30
Makron Rusiyanı təhlükə olaraq görür: bəs yeni səfiri Moskvaya niyə göndərir?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Moskvanın Paris və bütün Avropa üçün “təhdid”ə çevrildiyi barədə sözlərini dəyərləndirib. O, Fransanın yeni səfirinin Rusiyaya səfərinin məqsədini şübhəli hesab edib.

Zaxarova bu barədə “Telegram”da yazıb.

“Ən təəccüblüsü odur ki, Fransanın yeni səfiri bizə səfər edəcək. Bu səfir dünən ölkəmizlə əlaqələri inkişaf etdirmək istəyi ilə bağlı fikirlərini bölüşərkən, bu gün prezident Makron Avropada sülhün Fransa üçün prioritet olmadığını, Rusiyanı və bu xarakterli başqa şeyləri rahat edəcəklərini söylədi. Yaxşı, bir daha aydınlıq gətirmək istərdim ki, Fransa səfiri bizə niyə gəlir? Bundan əvvəl Makron canlı yayımda çıxışı zamanı Rusiyanın Fransa və bütün Avropa üçün “təhdid”ə çevrildiyini bildirib”.

Qeyd edək ki, hərbi büdcəni artıracağını və müdafiəyə daha çox sərmayə qoyacağını vəd edən Makron bütün Avropa İttifaqını qorumaq üçün Fransanın nüvə silahından istifadə ilə bağlı danışıqlara başlamağı təklif edib. Fransanın Rusiyadakı yeni səfiri vəzifəsinə namizədlər arasında BMT-nin keçmiş daimi nümayəndəsi Nikola de Rivyer də var.


Abunəlik