Maklerlərin əlində silaha çevrilən şəhid ailələri-FOTOLAR

Baxılıb:236
Maklerlərin əlində silaha çevrilən şəhid ailələri-FOTOLAR

AzTimes.az saytı olaraq dəfələrlə bəzi işbaz malerlərin qanunsuz ərazidə şəhid valideynlərindən,və ailələrindən istifadə edərək qanunsuz tikinti aparması barədə yazmışıq, ictimaiyyətə çəkilişlər təqdim etmişik. Prosedur belə həyata keçirilir: Makler tərəfindən ərazi seçilir, vətəndaşdan müəyyən məbləğdə pul alınır, daha sonra bir ehtiyacı olan şəhid ailəsi tapılır, ona da müəyyən məbləğ ödənilir ki, aidiyyəti qurumlardan əraziyə yaxınlaşan olsa, desin ki, ev mənə məxsusdur. Həmkarımız Zərdabi Abbasov da şəxsi “Facebook” hesabında belə bir problemi paylaşıb:
“Şəhid ruhuna öz valideyni tərəfindən hörmətsizlik.

Bu gördüyünüz ev Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində tikilir. Videodan da göründüyü kimi ərazi zibillikdən ibarətdir. Evi tikdirən isə Ağsu rayonu, Ərəbuşağı kəndinin sakini Şirazdır. Torpağın heç bir sənədi olmadığna görə tikintiyə icazə verilmir. Aidiyyəti qurumlar tikintini dayandırmışdılar.

Ağsu rayonu, Ərəbuşağı kəndindən olan, şəhid atası Daşqın adlı şəxs gəldi və şüvən qopardı ki, ev mənimdi, mənim tikintimi heç Prezident də dayandıra bilməz.
Sabunçu rayon icra hakimiyyətinin nümayəndələri və 12-ci polis bölməsinin əməkdaşları çıxıb getdilər.

İki gündən sonra tikintinin yanından keçirdim, gördüm qırğındı) Ayaq saxladım, gördüm şəhid atası Daşqın yenə şüvən qoparıb. Amma bu dəfə tikintinin sahibi Şirazla.

Deməli, Şiraz şəhid atası Daşqına 2000 verir, o isə 3000 istəyir.

Şəhidin ruhi sənə qənim olsun ay Daşqın.
Adını da şəhid atası qoymusan.”


Abunəlik