Maaş və pensiyalar artırılacaq?

Baxılıb:98
Maaş və pensiyalar artırılacaq?

Dövlət sektorunda əməkhaqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, artırılır. Özəl sektorda təbii ki, əməkhaqqı artımları birbaşa özəl sahibkarların verdikləri qərarlardır.

Bu barədə sualları cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq son məlumatlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın 1-dək təkliflərin hazırlanması həyata keçiriləcək.

“Noyabrın 1-də təqdim olunduqdan sonra məhz bu istiqamətdə addımların atılacağı gözlənir. Ona görə də artıq uyğun dövlət qurumu minimum əməkhaqqı ilə bağlı təkliflərin hazırlanacağını və təqdim olunacağını bəyan edib. Bu isə ondan xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər.

Pensiyalar daha çox indeksləşdirilmə və eləcə də 2022-ci ildən Prezident İlham Əliyevin tapşırığı ilə pensiyaçılara yardım verilməsi ilə artırılır. İndeksasiya 2025-ci il yanvarın 1-dən etibarən təqdim olunacaq. Bu zaman 2024-cü ildə orta aylıq əməkhaqqındakı artım faizini uyğun olaraq pensiyaların indeksləşdirilib artırılacağı gözlənilir. Yaxın vaxtlar üçün təxmini orta indeksləşdirilmə faizini müəyyənləşdirmək mümkün olacaq. Çünki 2024-cü ilin ilk yarımilinin sosial yekunları növbət ildə yanvarın 1-i üçün indeksləşdirilmə faizini ilk gün olaraq proqnozlaşdırmaq imkanı verəcək.

Müavinətlərin artırılması ilə bağlı da təkliflərdə Milli Məclisin iclaslarında təqdim olunub. Bu da birbaşa fiskal və maliyyə yükünə bağlıdır”, – deyə V.Bayramov bildirib.


Abunəlik