“Məzarlar oğurlanaraq aparılmamalıdır”- Mehriban Sadıqova yazır

Baxılıb:428
“Məzarlar oğurlanaraq aparılmamalıdır”- Mehriban Sadıqova yazır

 

Hər xalqın öz milli mənəvi dəyərlərlərinə hörmətlə yanaşılmalıdır. Babək bizim üçün nə qədər dəyərlisə , Hacı Murad da dağıstanlılar (xüsusən də avarlar) üçün o qədər dəyərli tarixi şəxsiyyət sayılır.

 Hər xalq öz qəhrəmanlarının elə öz torpağında uyumasını və istədiyi zamanda qəhrəmanının məzarını ziyarət etmək istəyir. Biz Nəsiminin və Füzulinin məzarlarını illərdir ki, Azərbaycana gətirmək istədiyimiz kimi, avarlar da Hacı Muradın nəşinin Dağıstana aparılması və doğulduğu yurd yerində – Xunzax kəndində yenidən dəfn edilməsi üçün səy göstərirlər. Bu normal yanaşmadır . Ancaq bunu “oğurluq”la həyata keçirmək yolverilməzdir. Bu məsələ dövlətlərarası (Azərbaycan və Rusiya) danışıqlar və razılaşdırmalar yoluyla tənzimlənə bilərdi. Və hər zaman bütün xalqlara humanizm nümunəsi olan xalqımız qarşı tərəfə mənəvi halallıq da verərdi. Azərbaycan xalqı əfsanəvi Şeyx Şamilin naibi və Lev Tolstoyun ədəbi qəhrəmanı- Hacı Muradın məzarını uzun illər boyu əmanət kimi qoruyub saxlayıb və hər zaman da hörmətlə yanaşıb. Bunun qarşılığında xalqımıza quruca bir “çox sağol” belə demədən, Hacı Muradın nəşinin Qax rayonundakı məzardan naməlum şəkildə oğurlanaraq Dağıstana aparılması və orada dəfn edilməsi barədə yayılan ziddiyətli xəbərlər təəssüf hissi doğurur. Bir məqamı da qeyd etmək yerinə düşər ki , xalqımız heç vaxt Hacı Muradın qalıqlarının Dağıstana təhvil verilməsinə etiraz etməyib, müqavimət göstərməyib, buna süni şəkildə əngəl yaratmağa çalışmayıb. Belə olduğu təqdirdə, Dağıstandakı bəzi şəxslərin Hacı Murad kimi böyük tarixi şəxsiyyətin xatirəsini bu cür ” oğurluqla ” həll etmələrini bu şəxsiyyətə hörmətsizlik hesab edirəm .Hərə öz aid olduğu yerdə dəfn olunsa yaxsıdı. Əgər bu aşkara çıxırsa , Bakıda erməni qəbrstanlıqları gizli yolla Ermənistana aparan generalın adı niyə aşkara çıxarılmır?

Mehriban Sadıqova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir