Məzahir Pənahov yola salınır-SON DƏQİQƏ

Baxılıb:119
Məzahir Pənahov yola salınır-SON DƏQİQƏ

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq.

İxa.az xəbər verir ki, yaxın günlərdə Məzahir Pənahov yola salınacaq, bütün tərkib buraxılacaq.

Tərkib 18 nəfər ibarətdir. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.

Hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir.

1951-ci il təvəllüdlü Məzahir Pənahov 20 ildir, MSK-ya sədrlik edir, bu dövr ərzində ölkədə 20-yə yaxın seçki keçirilib. Azərbaycan hökuməti M.Pənahovun əməyini yüksək qiymətləndirir, o, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Məlumata görə, islahatlar kursuna adekvat olaraq, VI çağırış Milli Məclisin qərarı ilə yeni formalaşan MSK-nın tərkibində də əhəmiyyətli dəyişikliklər ediləcək. Hətta quruma hazırki sədr müavini Rövzət Qasımovun rəhbərlik edəcəyi iddia olunur. Ona böyük etimad göstərilir.

1978-ci il təvəllüdlü R.Qasımov 22 ildir, MSK-da çalışır. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən MSK Katibliyinin müdiri olub, 2019-cu ildən isə MSK sədrinin müavinidir. O, heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edir. “Pravda.az”-


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir