Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək
Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub.
Bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu – VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.