Mənzil alanlara XƏBƏRDARLIQ: kvadratı eyni olan evlə…
Kvadratı eynidir, lakin bir, iki, bəzən də üçotaqlı mənzil adı ilə satılır. Hətta belə mənzillər arasında kifayət qədər qiymət fərqi də olur.
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzillərin layihədə nəzərdə tutulmayan otaqlara bölünüb daha baha qiymətə satılması halları getdikcə kütləvi hala çevrilir.
Ekspert deyir ki, mənzil tikinti koorperativləri tərəfindən layihələndirilən binalarda bu cür mənzillərin otaq sayının dəyişdirilməsi halı olarsa, gələcəkdə onlara sənəd alınmasında çox ciddi problemlər yaranır.
Vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar.
“Layihəsi dəyişdirlmiş, amma sənədi olmayan mənzillərin alınması sonradan sənədləşmə ilə bağlı problemlər yarada bilər”, – deyə ekspert vurğulayıb.