Məlum müraciətə imza atanlardan kimlər “Jurnalistlər binası”nda ev alıb- TAM SİYAHI
Bir qrup media və QHT nümayəndəsi Prezident İlham Əliyevə jurnalistlər üçün tikilən 3-cü binadaki mənzillərin şəhid ailələrinə və Vətən müharibəsi qəhrəmanlarına verilməsi üçün müraciət edib.
AzTimes.az xəbər verir ki, sözügedən müraciət digər jurnalistlər və media nümayəndələri arasında birmənalı qarşılanmayıb.
Onlar bildirib ki, əgər üçüncü bina şəhid ailələrinə və qazilərə veriləcəksə, o zaman digər iki binadakı mənzillər də alınıb verilsin.
Belə ki, prezidentə müraciət edənlər arasında 2013 və 2017-ci illərdə mənzil alanlar da var.
Həmin illərdə pulsuz mənzil alan şəxslərin adlarını təqdim edirik:
Quliyev Bəhruz Vaqif oğlu “Səs” qəzeti – 2013
Seyfullayev Elbrus Ramiz oğlu (Ərud) “Qafqazinfo.az” saytı – 2013-cü il
Məmmədov Hikmət Baba oğlu “Yeni Azərbaycan” qəzeti (deputat) – 2013
Ağayev Şakir Qabil oğlu “Yeni zaman” qəzeti – 2013
Mirzəbəyli Elçin Əbdülrəhim oğlu “Xalq cəbhəsi” qəzeti – 2013
Elçin Alıoğlu “Milli az” saytı – 2017
Eminbəyli Şakir Vəfa oğlu – Rusiyanın “Rossiya – 24” telekanalının Azərbaycandakı nümayəndəsi – 2017
Məmmədov Vüsal Fəxrəddin oğlu “Azvision.az” saytı – 2017
Azərbaycan uzun illərdir müharibə şəraitindədir və bu illər ərzində minlərlə şəhid verib, qaziləri olub. Bəs o zaman bu şəxslər niyə onlara verilən evləri şəhid ailələrinə və qazilərə bağışlamayıb? İndi birdən-birə vətəpərvər, şahid və qazi düşünən oldular?
Bu etdiklərinin sadəcə bir adı var – özgə malı ilə dost qazanmaq!
Əlbəttə, şəhid və qazi ailələrinə təkcə dövlət yox, bu ölkədə yaşayan hər kəs borcludur və onlar üçün əlimizdən gələni etməliyik. Ancaq bunu öz malımızla etməliyik, başqalarının yox!
Yuxarıda adı olan şəxlərin əksəriyyətinin bahalı evi ( hətta evləri) maşınları, bir sözlər – lüks həyatları var. Lakin bu gün ev ümidi ilə illərlə kirayədə yaşayan (ona yaşamaq demək olarsa) jurnalistlər var. O jurnalistlər ki, illərdir qarşılıq gözləmədən, bir qarnı ac, bir qarnı tox xidmət edir. İndi onlara bir mənzili çoxmu görürsünüz?
Ümid edirik ki, ölkə başçısı bu müraciətə layiqli cavabı verəcək…/azadinfo