Məktəbli formalarının qiyməti açıqlandı: Harada satılacaq?
“Formalar hələlik Bakı Tikiş Evində satılacaq. “Bravo”lara mal verilməyib, ancaq verilməsi nəzərdə tutulur”.
Bunu açıqlamasında BTE-nin satış müdiri Etibar Əzimov deyib. O, paltarların iki rəngdə olduğunu bildirib:
“Bu il geyimlər tünd-göy və boz rəngdə olacaq. Ancaq əksəriyyət tünd-göy rəngə üstünlük verir. Ağ köynək və tünd-göy rəngdə ətək və ya şalvar, bir də mavi rəngdə köynək və boz rəngdə ətək və şalvar istehsal emtişik. BTE-nin mərkəzi dükanında və bir neçə gün sonra “Bravo” marketlər şəbəkəsində satışa çıxarılacaq. Bəzi işbazlar tərkibi yun olmayan formaları yenə bazara çıxarmaq istəyirlər, ancaq bizim məhsullar sadəcə bu iki yerdə satılacaq. BTE-nin bütün malları sertifikata malikdir”.
“1-4-cü siniflərdən başqa, digər siniflər üçün forma tikişi nəzərdə tutulmayıb, əvvəlki illərdəki formalarını geyinə bilərlər. Köhnə formaları geyinənlərin məktəbə buraxılmaması kimi bir hal yaşana bilməz”, – deyə qurum rəsmisi qeyd edib”.
“Həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manatdan satışa çıxarılacaq”.
Etibar Əzimov alıcıları ayıq-sayıq olmağa səsləyib:
“Bu qiymətlərdən ucuz qiymətə satılanların tərkibi yun və ya pambıq deyil, həmin məhsulların satışı tam qadağandır”.
Oxu.Az