Məktəblərdə şagird “bazarlığı” – adları olub özləri dini mədrəsələrdə olan azyaşlılar

Baxılıb:280
Məktəblərdə şagird “bazarlığı” – adları olub özləri dini mədrəsələrdə olan azyaşlılar

AzTimes.az saytına mühüm məlumat daxil olub. İddialara görə Beyləqan rayon İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbinin direktoru Pərvanə Quliyeva müxtəlif rayonlarda yaşayan 40 şagirdin məktəbin müxtəlif siniflərində  qeydiyyata alınmasını təmin edib. Amma nə  sinif şagirdləri, nə də müəllimlər  sözügedən azyaşlıları görməyib. Məktəbə yeni gələn müəllimlərin araşdırması ilə məlum olub ki, siyahıda olan şagirdlər ölkənin müxtəlif rayonlarında qeydiyyatda olan islam dinin sələfi( vəhabi) cərəyanına məxsus olan ailələrin övladlarıdır, onlar məktəbə davam etmir, dərs ili müddətində 1500 AZN qarşılığında təhsildən yayınaraq dini təhsil alırlar . Bundan əlavə Pərvanə Quliyevanın 4 texniki işcinin maaş kartını özündə saxlaması, adının çəkilməsini lüzum bilmədiyimiz müəlliməyə 28 dərs saatı yazaraq  eyni qaydada maaşının mənimsəməsi ilə bağlı məlumatlar aidiyyatı qurumlara təqdim edilmişdir. Müraciət əsasında Beyləqan Rayon Prokurorluğunda araşdırma başladılmış, Pərvanə Quliyeva araşdırma zamanı müvəqqəti olaraq məktəbdən uzaqlaşdırilmışdir.Necə? Beyləqan Mərkəzi xəstəxanasından suçiçəyi diaqnozu ilə 6 ay  bülletein açılaraq.( Bu bir başqa mövzudur, yazımız olacaq)  Lakin Beyləqan  rayon təhsil sektorunun müdiri Elvin Abbasov sinif yoldaşı  Pərvanə Quliyevanı maksimum qorumuş, müəllimlərin  prokurorluğa gedərək izahat yazmamasına nail olub. Beləcə Pərvanə Quliyeva heç nə olmamış kimi məktəbdə direktor vəzifəsinin icrasını davam etdirib.  Bu müddət ərzində sözügedən 40 şagirddən 13 nəfəri Cəlilabad rayon Eldəniz Yusubov adına Uzuntəpə kənd 1 saylı tam orta məktəbə köçürülüb. ( Səs yazıları bunu təstiq edir)27 nəfərin adı isə hələ də Beyləqan rayon İlham Quliyev adına Mil kənd tam orta məktəbində gedir, üzlərini görən olmasa da. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyində, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi və digər aidiyyəti qurumlarda araşdırma başladılıb. Mövzuya qayıdacağıq


Abunəlik