Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi – DİN-dən açıqlama
Sosial şəbəkələrdə məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.
Görüntülərdə bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni videolentə aldığı məlum olur.
Hadisənin Bakıda yerləşən 112 saylı orta məktəbdə baş verdiyi iddia edilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görüntülər nəzarətə götürülüb: “Araşdırma başlayıb. Nəticə barədə məlumat veriləcək”.