Məhkəmədən DTX-nin həbs etdiyi icra başçısı ilə bağlı QƏRAR – YENİLƏNİB

Baxılıb:374
Məhkəmədən DTX-nin həbs etdiyi icra başçısı ilə bağlı QƏRAR – YENİLƏNİB

Səbail rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimatlara baxılıb.

APA-nın məlumatına görə, hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən proseslərdə təqdimatlar təmin edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan müddətləri 3 ay uzadılıb.

10:20

Bu gün Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, YAP-ın Neftçala rayon təşkilatının sədri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sonuncu dəfə sentyabrda həbs müddəti üç ay uzadılan şəxslərin təcridxanada qalma müddəti bir neçə gün sonra bitir.

Buna görə də istintaq həbs müddətinin uzadılması üçün Səbail Rayon Məhkəməsinə təqdimat verib. İşə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.


Abunəlik