Məhkəmə istintaqı yekunlaşdı
AzTimes.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədirliyi ilə Yusif Şəfiyev- Vəfa Ağabalayeva işi ilə bağlı növbəti məhkəmə iclası olub. İclasda məhkəmə istintaqının başa çatdığı elan olub. Çıxış edən prokurorluğun nümayəndəsi ilkin instansiya məhkəməsinin çıxardığı qərarın qüvvədə saxlanılmasını istəyib. Vəkil İlqar Rüstəmov yekun sözünə tam hazır olmadığı üçün məhkəmənin təxirə salınmasını xahiş edib. Beləliklə məhkəmə prosesi aprelin 12-nə 16-30-a qədər təxirə salınıb.