Məhkəmə “Azərbaycan Reallığı” haqqında qərar verdi

Baxılıb:99
Məhkəmə “Azərbaycan Reallığı” haqqında qərar verdi

Bu gün Şirvan Apellyasiya Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə Medianın İnkişafı Agentliyi adlı qurumun Azerbaycanrealligi.comİnformasıya Agentiliyinin Media Subyektinin və onun redaksıyasının fəaliyyətinin xitam verilməsi barədə iddiasına baxılıb. Məhkəmə iddiaçının iddiasın təmin edib. 

Məhkəmə qərarına münasibət bildirən“Azərbaycan Reallığı” saytının baş redaktoru Dəyanət Babayev “Bu qərarı gözləyirdik. Bir neçə gündür məlumat var idi qarşı tərəfin iddiası təmin olunacaq amma azad medianın fəaliyyətini dayandırmaq mümkün deyil. 

Biz dövləti sevib onun suverinliyini qoruyan insanlarıq. Ölkənin hüquq-muhafizə orqanları var, hansısa səhv işi görürüksə qanun var, hər birimizin də boynu qanun qarşısında qıldan incədir. 

Onun üçün də “Azərbaycan Reallığı”nın fəaliyyətini dayandırmaq mümkün olmayacaq. Müstəqil mediaya basqı edənlər ölkədə təxribat yaratmaqla məşğuldur. 

Bunun başında Ramiz Mehtiyev, Vasif Talıbov, Əli Həsənov və onların himayə etdiyi şəxslər dayanır. Əhməd İsmayılov da onların tapşırığını canla-başla icra edir. Zamanla Vüqar Səfərli də bu yolu gedib, indi həbsxanada istirahət edir. 

Çox çəkməz ölkədə çaxnaşma yaratmaq istəyən şəxslərin də yeri həbsxana olar. Qaldı bizim barəmizdə bu gün çıxarılan qərara, qərarı gələn həftə aldıqdan sonra hüququ mübarizəni davam etdirəcəyik. Qərardan Ali məhkəməyə şikayət verəcəyik, orada da sifariş icra olunarsa Avropa məhkəməsində pozulmuş hüquqlarımızı bərpa etməyə çalışacağıq” deyə bildirib  


Abunəlik