Məhbus Bakı həbsxanasında ÖLDÜ
Bakıda həbsxanada ölüm hadisəsi olub.
Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində baş verib.
Burada saxlanılan 1969-cu il təvəllüdlü Qurbanov Salman Kərim oğlu dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, S.Qurbanov 2015-ci ildə Masallıda şadlıq evinin qarşısında həmkəndlisi, toya gələn 1983-cü il təvəllüdlü İntizam Rzayevin ürəyinə 3 dəfə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Lent.az